Yanan binanın sakinlərinin elektrik borcları ləğv edildi
21 may 2015 16:06 (UTC +04:00)

Yanan binanın sakinlərinin elektrik borcları ləğv edildi

“Azərişıq” ASC yanan bina sakinlərinin elektrik borclarını öz üzərinə götürüb.

 

“Azərişıq” ASC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Binəqədi rayonu, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın  zamanı həyatını itirmiş insanların faciəsi “Azərişıq” ASC kollektivi tərəfindən də böyük kədərlə qarşılanıb.

 

Sakinlərə  öz dəstəyini  göstərmək üçün “Azərişıq” ASC rəhbərliyi tərəfindən xüsusi qərar qəbul edilib. Qərara əsasən, yanmış binanın sakinlərinin bütün elektrik borcları Səhimdar Cəmiyyətin hesabına ödənilib. Yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar