Yağışlı, küləkli hava davam edəcək – <span style="color:red;">Sabahın havası
13 oktyabr 2015 12:37 (UTC +04:00)

Yağışlı, küləkli hava davam edəcək – Sabahın havası

 

Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacaq. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 12-14 dərəcə, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir.  Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz 14-19 dərəcə, dağlıq rayonlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

 

Oktyabrın 14-15 də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoloji amillərin zəif və mülayim tərəddüdü meteoloji insanlar üçün əsasən əlverişlidir.

Qeyri-sabit hava şəraiti oktyabrın 17-dək davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271

Oxşar yazılar