Avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 24-28 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən şimşək çaxacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 24-29 dərəcə, dağlıq rayonlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.