"Silahlı Qüvvələr veteranı" adı verilməsi proseduru dəyişdi
21 may 2015 07:20 (UTC +04:00)

"Silahlı Qüvvələr veteranı" adı verilməsi proseduru dəyişdi

APA-nın məlumatına görə, dəyişiklik  “Silahlı Qüvvələr veteranı" adının verilməsi ilə bağlıdır.

 

Əsasnaməyə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar. “Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir.

 

İndiyə qədər əvvəllər ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara bu ad Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin pensiya təyin edən orqanları tərəfindən hazırlanan sənədlər əsasında verilib. Dəyişikliyə əsasən bundan sonra əvvəllər ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara bu ad Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən veriləcək.

 

İndiyə qədər “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyalarının rəyinə əsasən verilib və vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən nazirliyin hesabına ödənilib. Dəyişikliyə əsasən bundan sonra “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi həm də Fövqəladə Hallar Nazirliyi və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən veriləcək.

 

Qeyd edək ki, "Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Ali Məhkəmədə və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən cəzaçəkmə müəssisələrində xidmət edən əməkdaşlara “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar