Sentyabrın ilk gününə olan <span style="color:red;">HAVA PROQNOZU
31 avqust 2015 12:51 (UTC +04:00)

Sentyabrın ilk gününə olan HAVA PROQNOZU

Sentyabrın 1-i Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 24-28 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı  ehtimalı var. Axşam ayrı-ayrı rayonlarda yağış tədricən kəsiləcək. Arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 24-29 dərəcə, dağlıq rayonlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359

Oxşar yazılar