Həkimlər üçün "parklanma" tapşırığı - Nazirlikdən <span style="color:red;">TƏLƏB
20 avqust 2015 12:48 (UTC +04:00)

Həkimlər üçün "parklanma" tapşırığı - Nazirlikdən TƏLƏB

0

Səhiyyə Nazirliyində “Bakı şəhərində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələrin rəhbər və işçilərin şəxsi avtomobillərin iş vaxtı ümumi qaydaya uyğun həyətyanı ərazilərdə parklanması ”nın təminatına dair toplantı keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda iştirak edən idarə və səhiyyə müəssisələrinin rəhbərlərinə nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair ölkə başçısının tapşırıqlarının icrası məqsədilə 30 iyun 2015-ci il tarixində Nazirlər Kabinetində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası olub və “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Protokol imzalandığı bildirilib. Toplantıda ümumi tapşırıqların icrası məqsədi ilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan idarə və tibb müəssisələrinin rəhbərlərinə 01.09.2015-ci il tarixindən etibarən işçilərin şəxsi avtomobillərinin iş vaxtı ərzində ümumi qaydaya əsasən, mümkün olduğu halda həyətyanı sahədə park olunması tapşırılıb.

 

Eyni zamanda, toplantıda idarə və tibb müəssisələrinin rəhbərlərinə “ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrinin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzalanmış müvafiq əmrinə dair lazımi tapşırıqlar verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar