Azərbaycanda temperatur 1 dərəcəyə düşəcək
25 noyabr 2015 12:25 (UTC +04:00)

Azərbaycanda temperatur 1 dərəcəyə düşəcək

Noyabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub - qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 12-17 dərəcə, dağlıq rayonlarda gecə 3-8 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar