Unibank əhalinin tələbatını nəzərə alaraq, 3% endirimli kreditlərin vaxtını uzatdı. İndi bütün peşə sahibləri oktyabrın 30-dək Unibankın endirimli kreditlərindən faydalana biləcəklər. Güzəştli kreditlər maksimal həcmi 7500 AZN olmaqla, 48 ayadək müddətə verilir. Üstəlik, Unibankdan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.
Qeyd edək ki, Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. Unibankdan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.
Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz korporativ və ya şəxsi elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.
Qeyd edək ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibankın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.