(R) Bakcell gənc Startapları dəstəkləyir
12 noyabr 2013 17:16 (UTC +04:00)

(R) Bakcell gənc Startapları dəstəkləyir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan İnternet Forumu tərəfindən həyata keçirilən Startup Azərbaycan layihəsi çərçivəsində gənc startapçıları dəstəkləməkdə davam edir. Layihənin əsas məqsədi Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşu mühitinin təkmilləşdirilməsi, yüksək keyfiyyətli İnternet və İT layihələrin inkişaf etdirilməsi və qabaqcıl ideyaların uğurlu biznes layihələrinə çevrilməsidir.

“Uğurlu biznesə doğru” adlanan növbəti Startup tədbiri Bakcell şirkətinin baş sponsorluğu ilə Azərbaycan İnternet Forumu tərəfindən Bakı şəhərində 7–9 noyabr tarixlərdə təşkil edildi. Startup günlərinin əsas məqsədi yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işlərini təşkil etmək, gənc developerləri İnternet bazarının spesifik xüsusiyyətləri ilə tanış etmək və startupçılar arasında əlaqələri gücləndirməkdir. İştirakçılar üç gün davam edən master klasslarda iştirak edib, gənc startap şəbəkəsini artırmaq və yeni startap layihələrinin ilkin versiyası üzərində işləmək imkanı əldə ediblər.

“Azərbaycanın telekommunikasiya sektorunun ən əsas iştirakçılarından biri olaraq, Bakcell şirkəti sürətlə inkişaf edən bu qabaqcıl sənayenin inkişafına dəstək göstərmək öhdəliyini anlayır. Odur ki, Bakcell böyük məmnuniyyətlə Startup Azərbaycan layihəsini dəstəkləyir və biz inanırıq ki, bu layihə gənc developerlərin öz ideyalarını reallaşdırması üçün güclü stimul yaradır. Bu ilin əvvəlində keçirilmiş Startup müsabiqəsinin olduqca uğurlu nəticələri bu nisbətən yeni sənayenin gənc developerlər arasında böyük marağa səbəb olmasından xəbər verir. Bakcell olaraq, biz gələcəkdə də startapların inkişafına dəstək göstərməyi planlaşdırırıq və inanırıq ki, Bakcell tərəfindən gələn il ərzində həyata keçiriləcək layihələr developerlər və startaplar üçün uğurlu bir platformaya çevriləcək”, deyə Bakcell şirkətinin Korporativ Strategiya Şöbəsinin müdiri Mark Zirka bildirib.

2013-cü ilin aprel-iyul aylarında keçirilmiş ilk Startup Azərbaycan layihəsi uğurlu nəticələri ilə yadda qalıb. Layihə çərçivəsində təşkil edilmiş Startup müsabiqəsinə 43 layihə təqdim olunub. Onlardan 26 layihə müsabiqədə iştirak etmək üçün seçilib və 15 layihə yarımfinala yüksəlib. Müsabiqədə 6 layihə qalib gəlib, onlardan “Brandbook”, “Nettrends” və “Brandevu.az” layihələri hazırda investorlarla mümkün əməkdaşlığı müzakirə etməkdədir. “Turning Fork” layihəsinin mobil versiyası isə 39 ölkə və 119 layihə arasında keçirilmiş müsabiqənin mükafatçılarının qısa siyahısında (13 namizəd) yer alıb.

Bu dəfə isə gənc startupçılar Startup günlərində öz biznes ideyalarını bölüşüblər. Münsiflər heyəti  22 ideyadan 6 ən yaxşı ideyanı seçib. “Sağlam ol”, “Lazımdir”, “3D tours”, “Baku Parking”, “Crazy Smile” və “Guard” günün ən uğurlu ideyaları olublar.    

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842
avatar

Oxşar yazılar