(R) "Azercell"dən ədəbiyyat incilərindən elektron istifadə imkanı
12 noyabr 2015 17:41 (UTC +04:00)

(R) "Azercell"dən ədəbiyyat incilərindən elektron istifadə imkanı

 

Ölkəmizin mobil rabitə bazarının lideri Azercell Telekom sosial və texnoloji innovasiyalar sahəsində də yenilikçi  olaraq  mütaliə sevərlər üçün inanılmaz bir hədiyyə hazırlayıb: artıq Azercell abunəçilərinin hamısı  məşhur Bookmate əlavəsi sayəsində Azərbaycan, Rus, Ingilis və Türk dilində məhdudiyyətsiz kitab oxuya bilərlər.

 

Bookmate - minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Belə ki, Azercell-in təqdim etdiyi mobil kitabxanada 500 000-dən artıq kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində Azercell abunəçiləri bədii, klassik, müasir və biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər. Azercell kitabsevər abunəçilərinə, hətta, pulsuz mütaliə də bəxş edir. Bu zaman abunəçilər əsasən klassik nümunələrdən ibarət müəyyən sayda kitabları oxuya biləcəklər. Cəmi 3,5 AZN-lik aylıq abunə olmaqla  Bookmate istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə biləcəklər. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verəcək.   

 

Bookmate layihəsinin üstünlükləri çoxdur. Məsələn, digər xidmətlərdən fərqli olaraq, burada hər kitab üçün ayrıca ödəniş etmək lazım deyil. Sadəcə aylıq şəkildə, balansından cəmi 3,5 AZN ödəməklə abunəçi nəhəng kitabxanaya daxil olan istənilən əsəri oxuya bilər. Göründüyü kimi, bu xidmət üçün aylıq abunə haqqı bir kitabın qiymətindən belə çox ucuzdur. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər.  Xidmətin ən mühüm üstünlüklərindən biri - Bookmate kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında hansı cihazın– telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

 

Bookmate daxilində abunəçilərə ilk dəfə olaraq Azərbaycan, eləcə də, Rus, İngilis və Türk dillərindəki kitablar təqdim edilir. Yarım milyonluq kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür.

 

Qeyd edək ki, Bookmate Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər.

 

Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate  səhifəsindən əldə etmək mümkündür.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
 

# 107
avatar

Oxşar yazılar

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05
Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024 , 15:57
Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

24 may 2024 , 15:16
İtaliyanın baş prokuroru Azərbaycana gəlib

İtaliyanın baş prokuroru Azərbaycana gəlib

24 may 2024 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
ŞAD XƏBƏR:  Azərbaycanda gələn il  pensiyalar artacaq

ŞAD XƏBƏR: Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26