(R)“Dünyanın Ən Yaxşı Satıcısı” Maykl Benq Bakıya gələcək
09 sentyabr 2013 10:37 (UTC +04:00)

(R)“Dünyanın Ən Yaxşı Satıcısı” Maykl Benq Bakıya gələcək

 

Beynəlxalq dərəcəli biznes trener, satış treninqləri üzrə Avropada bir nömrəli mütəxəssis Maykl Benq Bakıda 16 – 20 sentyabr 2013-cü il tarixlərində aşağıdakı mövzularda biznes treninqlər keçirəcək:

“Satışların idarə edilməsi SISTEMİ” - 16 – 17 sentyabr 2013

“Aktiv satışların texnikaları” - 18 – 19 sentyabr 2013

“Mükəmməl müştəri xidmətləri” -  20 sentyabr 2013

Arayış:

Maykl Benq Beynəlxalq dərəcəli Biznes Trenerdir, satış treninqləri üzrə Avropada bir nömrəli mütəxəssisdir, «Dünyanın ən yaxşı satıcısı» beynəlxalq titulunun və satışların idarəedilməsi sahəsində bir çox mükafatların sahibidir.

Maykl Benq hesab edir ki, vacibi nə satmaq deyil - əgər sən müasir satış texnoloqiyalarını mənimsəyibsənsə və onları düzgün tətbiq edirsənsə, mütləq uğura nail olacaqsan. O, insanlar üçun ən vacib olan – uğura inam yaratmaqda bütün bacarığını sərf edir. «Məşğələlər insanları təkmilləşdirir. Əgər biz insanları təlimləndirməsək onlar inkişaf etmirlər».

Maykl Benq – Panasonic, Heineken, Nestle, Whirlpool, Toyota, Toshiba, Renault, Volvo, Land Rover, Unilever, Meqafon kimi dünyanın bir çox nəhəng şirkətlərin əməkdaşlarının təlimləndirilməsi ilə məşğul olub.

Maykl Benq dünyada ən yüksək tələbatda olan satış trenerlərindən biridir. Hər il Maykl Benq 10 000 menecerin iştirakı ilə 150 treninq keçirir.

İştirak etmənin faydaları:

- Məlumatların sadəliyi, yararlılığı və rahat tətbiq olunması

- Satışların daha yüksək nəticələri

- Satış departamentinin komandasının daha həmrəy olması

- Şirkətin xidmətlərinin yaxşılaşdırılması

- Razı olan və loyal müştərilər

- Rəqabətdə qələbə

-  Əldə olunan biliklərin tətbiq olunması üçün iştirakçıların yüksək əzmkarlığı

Treninqlər kimlər üçün faydalı olacaq:

-         Şirkət rəhbərləri

-         Satış direktorları

-         Marketinq direktorları

-         Satıcılar və satış üzrə agentlər

-         Müştəri xidmətləri departamentinin rəhbərləri və işçiləri

-         Biznes sahibləri

-         Şirkətlərin daxili təlimçiləri

Xatırlatmaq istərdik ki, 2006 – 2007-ci illərdə Maykl Benqin Bakıda keçirilmiş treninqləri böyük uğurla keçmişdir və həmin treninqlərdə Azərbaycanın 100 aparıcı şirkətinin 400-dən çox əməkdaşı iştirak etmişdir.

Treninqlərdə iştirak etmiş şirkətlər satış həcminin və bazar payının sıçrayışlı artımını qeyd etmişlər.

Maykl Benqin 2013-cü ildə Bakıda keçiriləcək treninqlərin proqramı xeyli təkmilləşdirilmiş və real biznesdən götürülmüş misallarla zənginləşdirilmişdir.

Treninqlərin təşkilatçısı – “Successful Strategies” şirkəti

Ətraflı məlumat əldə etmək üçün:

Telefonlar: (012) 437 58 50, 564 86 52

Mobil: (050) 244 40 58, (070) 290 00 46

Email: [email protected]

Keçirilmə yer – Park İnn Azerbaijan

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1397
avatar

Oxşar yazılar