Azərbaycan neftçilərinin peşə bayramı ilə əlaqədar “Bank of Baku” neft sənayesində çalışan şəxslər üçün güzəştli kreditlər ayırmağa başlayır.
16 sentyabr - 21 sentyabr tarixləri arasında Azərbaycanın neft sənayesi işçiləri nağd pul kreditlərinin illik faiz dərəcəsində 3% - lik endirim fürsətindən bəhrələnə bilər. Kreditin maksimal məbləği 10.000 manat təşkil edir. Güzəştli kreditin müddəti 30 aydır.
Kredit rəsmiləşdirmək istəyən neftçilər “Bank of Baku”-nun istənilən filialına üz tuta və yaxud onlayn ərizəni doldurub banka göndərə bilər: http://www.bankofbaku.com/az/online-banking/credit-online.html
Daha ətraflı: www.facebook.com/bankofbaku və ya 145 Məlumat Mərkəzi.