<b>Qeyri-sabit hava iyunun 13-dək davam edəcək -</b> <span style="color:red;">XƏBƏRDARLIQ
09 iyun 2016 12:13 (UTC +04:00)

Qeyri-sabit hava iyunun 13-dək davam edəcək - XƏBƏRDARLIQ

 

 

Qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək. Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə  15-18, gündüz  20-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.     

 

Havanın temperaturu Aran rayonlarında gecə  13-18, gündüz  22-27, dağlıq rayonlarda gecə 6-11, gündüz  12-17 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Fərizə Əhmədova

Oxşar yazılar