"Maşın bazarı"nda satıcılar icarə haqqının azaldılmasını istəyir
19 yanvar 2016 16:07 (UTC +04:00)

"Maşın bazarı"nda satıcılar icarə haqqının azaldılmasını istəyir

 

Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edir.

 

APA-nın məlumatına görə, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını tələb ediblər.

 

Onlar APA-ya bildiriblər ki, eyni tələblə aprel ayında çıxış edilib və icarə haqqı 15 faiz azaldılıb: "Lakin bu, bizə yenə sərf etmir. Ticarətin olmadığı vaxtda, yüksək məbləğdə olan icarə haqqını ödəmək imkanımız yoxdu. Tələbimiz ondan ibarətdir ki, icarə haqları 200-300 manat aşağı salınsın".

 

Sahibkarlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə dükanları bağlayacaqlarını bildiriblər.

 

Bazar rəhbərliyindən isə bildirilib ki, narazı sahibkarlarla görüşüb, onların etirazlarına baxacaqlar: "Qiymətlərin aşağı salınması gözlənilir" 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar