Sabaha olan <span style="color:red;">HAVA PROQNOZU  açıqlandı
05 oktyabr 2015 12:56 (UTC +04:00)

Sabaha olan HAVA PROQNOZU açıqlandı

Oktyabrın 6-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.      

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə  15-18 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 23-28 dərəcə, dağlıq rayonlarda gecə 5-10, gündüz  13-10 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar