Güclü külək, yağış, sulu qar, qar – <span style="color:red;">XƏBƏRDARLIQ   - <span style="color:red;">YENİLƏNİB
16 noyabr 2015 13:15 (UTC +04:00)

Güclü külək, yağış, sulu qar, qar – XƏBƏRDARLIQ - YENİLƏNİB

Ekologiya  və Təbii Sərvətlər Nazirliyi yaxın iki gündə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 17-18-də ayrı-ayrı yerlərdə qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı və intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. 

 

***

 

12:49

 

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir güclənən cənub-qərb küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 12-15 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında  bəzi yerlərdə yağış yağacağı,  duman olacağı gözlənilir. Lənkəran və Astara zonasında yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə sulu qar və qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar