Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
13 may 2015 11:05 (UTC +04:00)

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək

0

Mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçiriləcək.

 

TQDK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 30 imtahan mərkəzində təşkil olunacaq. 

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 205

Oxşar yazılar