Mediada milli təhlükəsizlik mövzusu müzakirəyə çıxarılacaq
17 may 2016 15:23 (UTC +04:00)

Mediada milli təhlükəsizlik mövzusu müzakirəyə çıxarılacaq

0

 

Demokratik Jurnalistlər liqası Azərbaycan respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeni mediada milli təhlükəsizlik mövzusunda ictimai müzakirələrin təşkili” mövzusunda layihənin icrasına başlayıb. Lent.az-ın məlumatına görə, layihə çərçivəsində tanınmış qeyri - hökumət təşkilatları və internet media nümayəndələrinin, mövzu ilə bağlı ekspertlərin iştirakı ilə ictimai müzakirələr təşkil ediləcək. Yeni mediada Azərbaycan dövlətinin milli maraqlarını təhdid edən müxtəlif təhlükələrdən qorunmasına dair ictimai müzakirələr və debatlar “Kanal 13” İnternet televiziyasında hazırlanaraq canlı olaraq yayımlanacaq və həmin televiziya verilişləri yutubda, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda feysbukda mövzu ilə bağlı ictimai forum və geniş müzakirələrin təşkil edilməsi nəzərdə tutulur.

 

Layihənin məqsədi vətəndaş cəmiyyətini narahat edən, Azərbaycanda milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasında yeni medianın gücündən istifadə edərək müxtəlif ictimai müzakirələr təşkil etməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar