Bazar günü hava necə olacaq? - <span style="color:red;">PROQNOZ
21 noyabr 2015 12:19 (UTC +04:00)

Bazar günü hava necə olacaq? - PROQNOZ

Noyabrın 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək.      

Havanın temperaturu gecə  7-9 dərəcə, gündüz 14-17 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq,  cənub-qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz  13-18 dərəcə, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  9-14 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349

Oxşar yazılar