"Bakı metropoliteni" sökülən yaşıllığı bərpa etdi
19 may 2016 11:54 (UTC +04:00)

"Bakı metropoliteni" sökülən yaşıllığı bərpa etdi

0

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Bənövşəyi" xəttin tikintisi zamanı sökülmüş yaşıllığı bərpa edib.

 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, həmin ərazidə salınan park Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 64 ünvanında yerləşir: "Parkın ərazisi "Bənövşəyi xətt"in və metronun havalandırma şaxtalarının quraşdırılması ilə əlaqədar sökülmüşdü. Söküntü işləri ərazidə yaşayanların haqlı narazılığına səbəb olmuşdu. Tikinti işləri başa çatdıqdan və xətt istifadəyə verildikdən sonra park yenidən bərpa edilib. Ərazidə yenidən park salınıb, asfalt döşənib və uşaqların əylənməsi, istirahəti üçün müxtəlif atrraksionlar quraşdırılıb".

 

 

Park artıq sakinlərin istifadəsinə verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar