Tailand səfiri “APA Holdinq”in qonağı olub - FOTOLENT
14 iyun 2016 11:43 (UTC +04:00)

Tailand səfiri “APA Holdinq”in qonağı olub - FOTOLENT

Tailandın Azərbaycanda akkreditə olunmuş Türkiyədəki səfiri Sarit Çarungvat “APA Holdinq”in qonağı olub.

 

APA-nın xəbərinə görə, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı qonağı salamlayaraq holdinq barədə məlumat verib. O, media şirkətinin bəzi ölkələrdə ofislərinin fəaliyyət göstərdiyini və bir sıra beynəlxalq agentliklərlə əməkdaşlıq etdiyini xatırladaraq, Azərbaycana dost olan istənilən ölkə ilə bu cür əməkdaşlıqda maraqlı olduğunu əlavə edib. V. Mahirqızı "APA Holdinq"in Tailandın media orqanları ilə əməkdaşlığa da açıq olduğunu vurğulayıb.

 

Daha sonra çıxış edən səfir Sarit Çarunqvat iki ölkə arasında media qurumları arasında əməkdaşlığın çox vacib olduğunu söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında media sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi gələcəkdə digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan verə bilər. Qonaq Azərbaycanda 3 dəfə olduğunu və budəfəki səfərinin həm də Bakıda keçiriləcək “Formula 1” yarışlarını izləməklə əlaqədar olduğunu vurğulayıb və Azərbaycanı bu yarışa ev sahibliyi etməsi münasibətilə təbrik edib.  

 

Tərəflər iki ölkənin informasiya agentlikləri arasında əməkdaşlığı genişləndirməyin detallarını müzakirə ediblər.  

# 234
avatar

APA Baycan

Oxşar yazılar