[b]Salyanda qeyri-adi motosiklet hazırlanıb[/b]
15 may 2016 18:28 (UTC +04:00)

[b]Salyanda qeyri-adi motosiklet hazırlanıb[/b]

0

Salyanda qeyri-adi motosikl görənlərin böyük marağına səbəb olub. Lent.az Report-a istinadən xəbər verir ki, rayonun Şorsulu kənd sakini, 39 yaşlı Xalıq Abbasov həmkəndlisi Elnur Hümbətovla birgə özünə məxsus motosikldə ciddi dəyişiklik edərək yeni avtomobil düzəldib. 

Belə ki, yeni motosiklə “Vaz-2106” mühərriki, “Niva”nın sürət qutusu, “Moskviç” diferi və kuzov quraşdırılıb.

Motosiklin arxa hissəsinə “Jiquli”, ön hissəyə isə motosikl təkəri birləşdirlib. Xalıq Abbasov 18 gündə araya-ərsəyə gətirilən motosikldən yalnız təsərrüfat işlərində istifadə edir. 

300 kiloqrama yaxın ağırlığı olan yeni motosikl 2 tona yaxın yük götürmək qabiliyyətinə malıkdir. 

O, “Vaz-2106” markalı avtomobil kimi saatda 180 kilometr məsafəni qət edə bilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar