<b>Mikayıl Cabbarov təhsildə plagiat hallarından danışdı</b>
07 aprel 2016 12:09 (UTC +04:00)

Mikayıl Cabbarov təhsildə plagiat hallarından danışdı

 

“Əgər plagiata yol verilirsə, vicdanlı alim və vicdansız alim eyniləşdirilirsə,  bunun məntiqi nəticələri hər kəs üçün aydındır. Təhsil sistemində plagiatın  qarşısının alınması hər birimizin qarşısında duran məqsəd və vəzifədir”.  

 

Lent.az-ın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin (MHA) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda keçirilən dəyirmi masada təhsil naziri Mikayıl Cabbarov deyib.

 

Nazirin sözlərinə görə, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılıb:  “Hazırda Azərbaycanda bu istiqamətdə işlər həyata keçirilir. Biz - təhsil sistemində fəaliyyət göstərən rəhbərlər, alimlər dövlətdən, aidiyyatı orqanlardan bu işin həyata keçirilməsini tələb etməməliyik. Əgər plagiat halı varsa, deməli, onu təhsil alan və yaxud təhsil verən  şəxs edir. Bu, sirr deyil. Plagiata yol verən bunun plagiat olduğunu çox yaxşı başa düşür.

 

Bu sahədə təhsil sisteminin üzərinə elmi işlərin, diplom işlərinin, referatların yazılması metodlarının, qaydalarının, prosedurlarının nədən ibarət olması ilə bağlı maarifləndirmə işinin qurulmasını təmin etmək düşür. Əks halda bu, elmi fəaliyyətin məhdudlaşdırılmasına gətirib çıxara bilər".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Fərizə Əhmədova

Oxşar yazılar