[b]Məcburi köçkünlər üçün yeni mənzillərin təqdim edildi[/b]
05 oktyabr 2017 21:21 (UTC +04:00)

[b]Məcburi köçkünlər üçün yeni mənzillərin təqdim edildi[/b]

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.

 

APA-nın xəbərinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə birinci vitse-prezidentə bildirib ki, bu binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

 

Mərasimdə çıxış edən birinci vitse-prezident Mehriban Əliyeva, 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ən ağır problemi, xalqın ən böyük ağrısı olduğunu bildirib. Münaqişə nəticəsində soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu deyən Azərbaycanın birinci vitse-prezidenti, dövlət başçısı İlham Əliyevin istər ikitərəfli görüşlərdə, istərsə də beynəlxalq təşkilatlarda etdiyi çıxışlarda bu münaqişə barədə məlumat verdiyini vurğulayıb. Bu məsələyə dünyada olan ikili standartlar barədə danışan birinci vitse-prezident qeyd etdi ki, insan hüquqları təşkilatları 1 milyondan çox qaçqın və məcburi köçkünün haqlarının pozulması ilə bağlı məsələnin həllində səylər göstərmir.

 

Mehriban Əliyeva dövlətin bu illər ərzində qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər gördüyünü, onların yeni mənzillərə köçürüldüyünü, iş yerləri ilə təmin olunduqlarını qeyd edib: “İndiki mərhələdə uyğunlaşdırılmış binalarda, ilk növbədə isə qəzalı vəziyyətdə olan evlərdə yaşayan bu cür insanların mənzil məsələlərinin həlli diqqət mərkəzindədir və gələcəkdə də bu istiqamətdə addımlar atılacaq”.

 

“Azərbaycan qüdrətli və müstəqil dövlətdir. İnkişaf təkcə Bakıda deyil, ölkəmizin hər yerində təmin olunub”, - deyən birinci vitse-prezident son illərdə ölkəmizdə turizmin inkişafı ilə bağlı görülən işlərdən, regionlarda həyata keçirilən sosial layihələrdən, idman sahəsində əldə edilən uğurlardan, birinci Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsindən də danışıb. Mehriban Əliyevaqeyd edib ki, prezident İlham Əliyev üçün Azərbaycanın və xalqın maraqları hər şeydən üstündür.

 

Mehriban Əliyeva Azərbaycanın bu gün inkişaf və tərəqqi yolu ilə getdiyini vurğulayıb.

 

Sonra Azərbaycanın birinci vitse-prezidenti binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar