[b]Masazırda və Zığda sürüşmə aktivləşib[/b]
09 iyun 2016 15:14 (UTC +04:00)

[b]Masazırda və Zığda sürüşmə aktivləşib[/b]

0

“Hazırda Masazır və Zığ sürüşmə sahələrində aktivlik müşahidə olunur”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

 

Baş geoloq qeyd edib ki, son günlər Masazır və Zığ sürüşmə sahələrindəki mövcud çatlarda müəyyən genişlənmələr əmələ gəlib.

 

Ə. Piriyev əlavə edib ki, Badamdar, Bayıl, Qaraçuxur, Şəhidlər Xiyabanı, “Gülüstan” sarayı ətrafındakı sürüşmə sahələrində daimi monitorinq işləri aparılır, hazırda həmin ərazilərdəki sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar