Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər.
Lent.az xəbər verir ki, “BakuBus”un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, şirkət hərbçilərin bu hüququnu tanımayan sürücülərlə bağlı tədbirlər görəcək.
Sürücülər tərəfindən bu hüququ tanınmayan şəxslər *4242 Çağrı Mərkəzimizə məlumat verə bilərlər.