APA TV-nin “Manşet” proqramında gündəmin önə çıxan mövzuları müzakirə olunur. İlham Tumasın aparıcısı olduğu proqramın qonaqları APA TV-nin baş direktoru Vüqar Hüseynov, "APA Holding"in I vitse-prezidenti Şahin Cəfərli və “APA-Economics”in redaktoru Musa Əhmədovdur.
Qonaqlar cəbhə bölgəsində gərginliyin səbəbləri, dollar kreditlərinə tətbiq oluna biləcək güzəştlər, dünya bazarında neftin qiymətinin bahalaşması, SOCAR-ın bir illik fəaliyyətinin yekununa dair hesabat, ABŞ-ın beş ştatında keçirilmiş ilkin seçkilərin nəticələri, Donald Trampın prezidentliyə namizəd göstərilmə şansı, Bakıda başa çatmış BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyəti barədə müzakirələr aparıblar.