[b]Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb[/b]
30 aprel 2016 19:18 (UTC +04:00)

[b]Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb[/b]

Ali təhsil müəssisələrinə 2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb.

 

Azərbaycan bölməsində  I qrup üzrə 30 351, II qrup üzrə 20 min 73,  III qrup üzrə 19 min 180, IV qrup üzrə  5 min 273, rus bölməsində I qrup üzrə 2 min 871, II qrup üzrə 2 min 392,  III qrup üzrə 1472, IV qrup üzrə  493, ümumilikdə isə  82 min 734 elektron ərizə təqdim olunub.

 

I-IV qruplar üzrə sənəd verən abituriyentlər növbəti mərhələdə qəbul imtahanlarında iştirak edəcəklər. Qəbul imtahanları cari ilin məzunları  üçün I və IV qruplar üzrə  15 iyul, II və III qruplar üzrə 23 iyul, əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə 15 may, I və IV qruplar - üzrə 22 mayda keçiriləcək. Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün imtahana 3 gün qalmış TQDK-nın rəsmi internet saytına daxil olaraq elektron ərizə verərkən istifadə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi ünvan, imtahanın tarixi, vaxtı və digər məlumatlar qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

APA Baycan

Oxşar yazılar