[b]300 xəstə böyrək köçürülməsi üçün növbə gözləyir[/b]
29 iyun 2016 12:56 (UTC +04:00)

[b]300 xəstə böyrək köçürülməsi üçün növbə gözləyir[/b]

 

"Bu ilin yanvar ayının 1-dən bu günə kimi 600-ə yaxın böyrək xəstəsi qeydiyyata alınıb və onların hər birinə hemodializ müalicəsi edilib. Bu il dializə cəlb olunanlar arasında ağır vəziyyətdə olanlar olsa da, bu göstərici azdır".

 

Lent.az-ın məlumatına görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Klinik Tibbi Mərkəzdə keçirilən dəyirmi masada bildirib.  F. Babayevin sözlərinə görə, Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir ki, burada hemodializ alan xəstələrin növbəsi yoxdur. Hər kəs üçün bərabər şərait yaradılıb. Hemodializ alan xəstələrin 57 faizi kişi, 43 faizi isə qadınlardır.

 

Şöbə müdiri əlavə edib ki, Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı ən böyük problem donor məsələsidir: ”Hazırda ölkədə ancaq qohumlardan böyrək köçürülmələri həyata keçirilir. Xəstələr daha çox qohumlarının, eləcə də ailə üzvlərinin böyrəklərinin köçürülməsi üçün növbəyə dayanır. Hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir".

 

Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsinin müdiri Mirhəşim Calalov isə bildirib ki, hazırda xəstəxanada böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 443 xəstə dializ alır: “Azərbaycanda 2003-cü ildə dializin tətbiq olunması zamanı ciddi problemlər olsa da, bu gün ölkədə Səhiyyə Nazirliyinin göstərişinə əsasən hemodializ xəstələri 70 adda dərmanla təmin olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Fərizə Əhmədova

Oxşar yazılar