[b]147 min hamilə qadından 47-də İİV tapıldı[/b]
13 may 2016 12:12 (UTC +04:00)

[b]147 min hamilə qadından 47-də İİV tapıldı[/b]

 

 

Azərbaycanda QİÇS/İİV infeksiyasına yoluxma faizinin ən yüksək olduğu ərazilərin adları açıqlanıb. Lent.az-ın məlumatına görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bildirib ki, Azərbaycanda QİÇS/İİV-ə yoluxan insanların 25 faizi Bakı və Abşeronun, 75 faizi isə digər 59 inzibati ərazi vahidinin payına düşür.

 

E. Alməmmədovanın sözlərinə görə, bəzi regionlarda İİV-ə yoluxma ilə bağlı faiz göstəricisi daha yüksəkdir. İİV-ə yoluxmanın ən yüksək olduğu ərazilər Naxçıvan, Gəncə, Şəki, Quba, Şirvan, Lənkərandır: "Belə ki, bu rəqəm Şirvanda 49,8 faiz, Hacıqabulda 28,7 faiz, Astarada 22,4 faiz, Lənkəranda 17,7 faiz, Sumqayıtda 16, 4 faiz, Xızı və Yevlaxda 11,2 faiz, Mingəçevir və Masallıda 9,1 faiz, Göyçayda isə 7,9 faiz təşkil edir. Fikir versək, görərik ki, bu ərazilər narkotrafikin yolu ilə əsasən üst-üstə düşür".

 

 

E. Alməmmədova deyib ki, 2015-ci ildə Azərbaycanda İİV müayinələrinə cəlb edilən 147 min hamilə qadından 47-də bu virusa yoluxma halı qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259

Oxşar yazılar