Oktyabrın 15-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə az yağış yağacağı ehtimalı var, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 16-19 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz 17-22 dərəcə, dağlıq rayonlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.