Sabahdan "Nizami" stansiyasının eskalatorlarından biri əsaslı təmirə dayandırılır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, 2015-ci ilin təmir planına uyğun olaraq, "Nizami" stansiyasının 1 saylı eskalatoru sabahdan əsaslı təmirə dayandırılır.
Qeyd edək ki, Bakı metropolitenində tətbiq edilən müvafiq təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır.
1 saylı eskalator 2016-cı il fevral ayının 10-da yenidən istismara veriləcək.