Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Qanunda edilmiş dəyişiklikəri təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:
1. 1-ci maddəyə aşağıdakı məzmunda 53-cü bənd əlavə edilsin:
“53) texnoloji nəqliyyat vasitəsi - küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir.”.
2. 27-ci maddənin II hissəsində:
2.1. 3-cü bənddə “digər” sözü “, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri ilə əvəz edilsin;
2.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;”.