“UNEC I Tələbə İdman Oyunları” keçiriləcək
15 oktyabr 2015 14:55 (UTC +04:00)

“UNEC I Tələbə İdman Oyunları” keçiriləcək

0

 

 

İqtisad Universitetində (UNEC) “UNEC I Tələbə İdman Oyunları” keçiriləcək.

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan universitetləri tarixində ilk dəfə keçiriləcək oyunlar UNEC-in 85 illiyinə həsr olunub.

“UNEC I Tələbə İdman Oyunları”na şahmat, yüngül atletika, futbol, voleybol, basketbol, velosiped yarışları, badminton, stolüstü tennis, oxatma, cüdo və güləş kimi idman növləri daxil edilib. 12 fakültə arasında keçiriləcək yarışlara 700-dən çox idmançının qatılacağı planlaşdırılır. Oyunlara minə yaxın könüllünün cəlb olunması nəzərdə tutulub.

“UNEC I Tələbə İdman Oyunları”nın açılış mərasimi dekabrın 14-də, bağlanış mərasimi isə dekabrın 24-də baş tutacaq. Tədbirin təşkilatçısı universitetin “İqtisadçı Gənclər Akademiyası”dır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar