“Sağlam düşüncə, sağlam həyat tərzi” layihəsinin təqdimatı olub
17 aprel 2017 11:52 (UTC +04:00)

“Sağlam düşüncə, sağlam həyat tərzi” layihəsinin təqdimatı olub

 
 
 
 
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlam düşüncə, sağlam həyat tərzi” layihəsi çərçivəsində tədbir keçirib. 
 
 
Lent.az-ın məlumatına görə, aprelin 15-də Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində keçirilən tədbirdə layihə barədə geniş təqdimat olub. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, bu gün Azərbaycanda ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar - "fast-food" məhsullarının ticarəti sürətlə artmaqdadır. Fast-food sənayesinin hədəfi xüsusilə uşaq və gənclərdir. Təəssüf ki, fast-food yeməkləri nəinki böyüklərin, hətta uşaqlarımızın da gündəlik və sevimli yeməklərinə çevrilib. R. Cürənov layihə çərçivəsində keçiriləcək seminarlarda fast-food yeməkləri və fast-foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilərin ziyanları barədə geniş məlumat veriləcəyini nəzərə çatdırıb. 
 
 
Ekspert Camal Bərxudarov layihənin əhəmiyyəti barədə danışıb. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar