“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Prezident yanında Gənclər Fondunun dəstəyilə “Qalib SƏNSƏN!” layihəsinin icrasına start verib.
Birlikdən Lent.az-a verilən məlumata görə, layihənin məqsədi gənclərin bilik və dünyagörüşünün artırılmasından, gənclərin komanda halında işləməyinə, gənclərin asudə vaxtının səmərəli təşkilinə və universitetə qəbul imtahanına hazırlaşan şagirdlərin motivasiya olunmasına dəstək göstərilməsindən ibarətdir.
Regionlarda gənclərin iştirakı ilə bilik yarışlarının keçirilməsindən bəhs edən layihə Ağcabədi və Ucar rayonlarında icra olunacaq.
Layihə çərçivəsində Ağcabədi və Ucar rayonunda orta məktəb şagirdləri arasında intellektual bilik yarışının keçirilməsini planlaşdırırıq. Tədbirlərdə Birliyin sədri İsgəndər Ağakişiyev, layihə rəhbəri Vüsal Mirzəyev və ekspert, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlı iştirak edəcəklər.