“Paykart Kredit” kartı öz facebook səhifəsində keçiriləcək “PayKartomaniya” viktorinasında iştirak etməyə dəvət edir!
Növbəti həftədən başlayaraq bazar ertəsi, çərşənbə və cümə günlərində gün ərzində 3 sual veriləcək və həftəsonu qalib elan olunacaq. Suala doğru cavab yazan ilk 3 istifadəçi müvafiq ballar toplayacaq (1-ci: 50 bal; 2-ci: 40 bal; 3-cü:30 bal).
Müsabiqənin qalibi Samsung Galaxy Alpha smartfonunu hədiyyə qazanacaq.
Bank Respublika-dan bildirdirlər ki, öncəki viktorinalardan fərqli olaraq “PayKartomaniya”-nın sualları unikallığı ilə seçilir bir neçə hallarda isə düzgün cavab vermək üçün hətta riyazi hesablamaların aparılması tələb olunacaq.
Viktorinanın qaydaları ilə daha ətraflı bu linkdə tanış ola bilərsiniz. Müsabiqə 2 həftə davam edəcək.