Milli-mənəvi dəyərlərə aid inşa müsabiqəsi yekunlaşıb
06 aprel 2016 16:24 (UTC +04:00)

Milli-mənəvi dəyərlərə aid inşa müsabiqəsi yekunlaşıb

Aprelin 5-də Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran, Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları və müsabiqə qalibləri iştirak ediblər.

Mərasimdən öncə torpaqlarımızın ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov inşa müsabiqəsinin keçirilməsinin milli-mənəvi dəyərlərin qorunması, onun inkişafı və məktəblilərə vətənpərvərlik tərbiyəsinin aşılanmasında mühüm rol oynadığını bildirib.

Tədbirdə Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verildiyi qeyd olunub, gənc nəslin milli ruhda böyüməsi, adət-ənənələrimizin qorunub saxlanılması ilə bağlı aparılan məqsədyönlü işlərdən danışılıb.

 

Qeyd edək ki,  “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət Planının icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilib.

Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri ötən ilin oktyabr-noyabr aylarında təşkil olunub. İnşa müsabiqəsinin ölkə mərhələsində bütün bölgələr əhatə olunmaqla 101 şagird iştirak edib.

İnşa yazılar Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılıb. Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü, 20 nəfər həvəsləndirici yerə layiq görülüb.

Sonda müsabiqə qalibləri diplom, tərifnamə və hədiyyələrlə təltif ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488
avatar

Oxşar yazılar