“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim keçirilib
30 oktyabr 2015 10:57 (UTC +04:00)

“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim keçirilib

0

 

Bu gün Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilib. Lent.az-ın məlumatına görə, təlim konfransında Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak edib. ADNSU-nun rektoru Mustafa Babanlı konfransda çıxış edərək media qurumlarına istənilən vaxt istənilən məlumatı universitetin özündən ala biləcəklərini deyib. Rektor hazırda magistratura pilləsində təhsil alan insanların ciddi problemi olduğunu qeyd edib: “Onların tədrislə bağlı problemlərini Təhsil Nazirliyinə müraciət edərək həll etdik. İnsanlar gündüz öz işləri ilə məşğul olurlar, axşam isə öz təhsillərini davam etdirirlər”.

 

Konfransda təhsil eksperti Şahlar Əsgərov çıxış edərək, medianın köməyi ilə təhsilin qarşısında duran bir çox problemlərin öz həllini tapacağına inamını ifadə edib.

 

Qeyd edək ki, təlim konfransında Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın “Daxili kommunikasiya və sosial şəbəkələr”, BDU-nun doktorantı Turac Əliyevanın “Daxili PR – təşkilat daxili yazışmaların aparılması”, “ADA” Universitetinin rektorluq aparatının rəhbəri, mətbuat xidmətinin rəhbər əvəzi Şəfəq Mehrəliyevanın və Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun “ Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin fəaliyyətinin monitorinqi” mövzularında təqdimatları dinlənilib və təlimlər keçirilib. Konfransda təhsil eksperti Şahlar Əsgərov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525”-ci qəzetin baş redaktoru Rəşad Məcid çıxış edərək təhsil-media əlaqələri sahəsində belə konfransların keçirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd edək ki, bu təhsil konfransı Təhsil Nazirliyinin “ Media və təhsilin dialoqu” çərçivəsində keçirdiyi sayca IV konfransdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar