“Dərsliklərin təkmilləşməsinə və dəyişilməsinə ehtiyac var ”
25 iyun 2013 13:16 (UTC +04:00)

“Dərsliklərin təkmilləşməsinə və dəyişilməsinə ehtiyac var ”

“Zaman, cəmiyyət inkişaf etdikcə dərsliklərin təkmilləşməsinə daima ehtiyac duyulur. İndiki halda bizim dərsliklərin də dəyişilməsinə ehtiyac var”. Lent. az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA Ədəbiyyat İnstitutunun direktoru, dərslik müəllifi İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, dərsliklər təkmilləşdirilməlidir, köhnə sovet dərsliklərindən qalma bəzi motivlər yenilənməlidir: “Dərsliklərin içərisində müəlliflərin dünyagörüşündən irəli gələn elmi tədqiqatlarla əlaqədar olaraq yenilənməyə ehtiyac var. Dərsliklər müasir dövrün tələbələrinə uyğunlaşdırılmalıdır. Dərsliklər sadələşdirilməlidir, çünki indi çox mürəkkəbdir, hətta bəzi dərsliklər ali məktəb səviyyəsindədir. Məncə bunu bacara biləcək yetərli müəlliflər heyətimiz var. Bu istiqamətdə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası uyğun iş aparır. Bu dərsliklərin daha da təkmilləşməsinə, yeniləşməsinə, Azərbaycan məktəbinə uyğunlaşmasına təkan verəcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904

Oxşar yazılar