“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Cehiz vermə -Təhsil ver!” layihəsi çərçivəsində ilk tədbiri həyata keçirib.
Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi erkən nikahın qarşısını almaqdır.
Layihə çərçivəsində Samux şəhərində 1 saylı orta məktəb liseydə tədbir keçirilib. Tədbirdə layihənin koordinatoru Aysel Cəfərova, ekspert Şahanə Tağıyeva, məktəb liseyin psixoloqlar, müəllimləri və şagirdləri iştirak ediblər. Aysel Cəfərova iştirakçılara layihənin məqsədi və donoru haqqında məlumat verib. Ekspert Şahanə Tağıyeva regionlarda erkən evliliyə cəlb olunmuş gənclərə psixoloji dəstək verilməsindən və yeniyetmə qızlarımızın diqqətinin təhsilə yönəldilməsinə yardımçı olmaq üçün icra olunan layihənin əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.