“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunda dəyişiklik edildi
1. “Ağcabədi rayonu” bölməsi üzrə:
1.1. 8.42-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qiyaməddinli” sözü “Yuxarı Qiyaməddinli” sözləri ilə əvəz edilsin.
2. “Ağdam rayonu” bölməsi üzrə:
2.1. 9.13-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Baharlı” sözü “Gül Baharlı” sözləri ilə əvəz edilsin.
3. “Ağdaş rayonu” bölməsi üzrə:
3.1. 10.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Yeniarx” sözü “Aşağı Qobuüstü” sözləri ilə əvəz edilsin.
4. “Astara rayonu” bölməsi üzrə:
4.1. 13.10-cu sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Telman” sözü “Çayoba” sözü ilə əvəz edilsin.
5. “Bərdə rayonu” bölməsi üzrə:
5.1. 16.27-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qazaxlar” sözü “Birinci Qazaxlar” sözləri ilə əvəz edilsin.
6. “Cəlilabad rayonu” bölməsi üzrə:
6.1. 18.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Kövüzbulaq” sözü “Soyuqbulaq” sözü ilə, “Badamağac” sözü “Güneyli” sözü ilə əvəz edilsin;
6.2. 18.14-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Təzəkənd” sözü “Çəmənli” sözü ilə əvəz edilsin.
7. “Gədəbəy rayonu” bölməsi üzrə:
7.1. 22.15-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qasımağalı” sözü “Çaykənd” sözü ilə əvəz edilsin;
7.2. 22.21-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qurudərə” sözü “Gülallı” sözü ilə əvəz edilsin;
7.3. 22.23-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Yenikənd” sözü “Qızılqaya” sözü ilə, “Arabaçı” sözü “Çiçəkli” sözü ilə əvəz edilsin.
8. “Göyçay rayonu” bölməsi üzrə:
8.1. 24.8-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Cəyirli” sözü “Şıxlar” sözü ilə əvəz edilsin.
9. “Xaçmaz rayonu” bölməsi üzrə:
9.1. 27.18-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “İlxıçı” sözü “Məmmədxanlı” sözü ilə əvəz edilsin.
10. “İsmayıllı rayonu” bölməsi üzrə:
10.1. 30.5-ci sətirdə “Cülyan” sözü hər iki halda “Yuxarı Cülyan” sözləri ilə əvəz edilsin.
11. “Kürdəmir rayonu” bölməsi üzrə:
11.1. 31.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qarabucaq” sözü “Axtaçı Qarabucaq” sözləri ilə əvəz edilsin.
12. “Quba rayonu” bölməsi üzrə:
12.1. 36.4-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Digah” sözü “Yuxarı Digah” sözləri ilə əvəz edilsin.
13. “Tərtər rayonu” bölməsi üzrə:
13.1. 51.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qapanlı” sözü “Aşağı Qapanlı” sözləri ilə əvəz edilsin;
13.2. 51.6-cı sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Təzəkənd” sözü “Ağkənd” sözü ilə əvəz edilsin;
13.3. 51.18-ci sətirdə “Qapanlı” sözü hər iki halda “Yuxarı Qapanlı” sözləri ilə əvəz edilsin;
13.4. 51.19-cu sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qaradağlı” sözü “Yuxarı Qaradağlı” sözləri ilə əvəz edilsin;
13.5. 51.23-cü sətirdə “Sarıcalı” sözü hər iki halda “Yuxarı Sarıcalı” sözləri ilə əvəz edilsin;
13.6. 51.28-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qapanlı” sözü “Alışarlı” sözü ilə əvəz edilsin.
14. “Ucar rayonu” bölməsi üzrə:
14.1. 53.4-cü sətirdə “Çiyni” sözü hər iki halda “Yuxarı Çiyni” sözləri ilə əvəz edilsin.
15. “Zaqatala rayonu” bölməsi üzrə:
15.1. 56.7-ci sətirdə “Dombabinə” sözü hər iki halda “Üçüncü Tala” sözləri ilə əvəz edilsin;
15.2. 56.9-cu sətirdə “Əli Bayramlı” sözləri hər iki halda “Dağlı” sözü ilə əvəz edilsin.
422