“Baku Bus” sürücü işləmək istəyənlərə təlim keçir
16 fevral 2016 11:12 (UTC +04:00)

“Baku Bus” sürücü işləmək istəyənlərə təlim keçir

0

 

“Baku Bus”da sürücü işləmək istəyənlər üçün təlimlərə başlanıb.

 

 “Baku Bus” MMC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  25-40 yaş arası “D” kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsinə başlanılıb. Məşğələlər “ Yol hərəkəti qaydaları “, “Nəzəri dərslər “ , “Praktiki məşğələlər “ , “Təhlükəsiz idarəetmə məşqləri” , “Psixoloji dərslər və ilk tibbi yardım , Təhlükəsizlik qaydaları “, “Şəhərdə sürmə testi və baş vermiş qəzaların analizi “ olmaqla 7 mövzunu əhatə edəcək. 10 gün davam edəcək təlimin sonunda “ Baku Bus “ MMC-yə məxsus avtobuslarda xidmətə tam hazır olmaq artıq sürücülərin öz əlindədir. Avstriyada təlim keçən yüksək peşəkar mütəxəssislər bu işdə sürücülərin bələdçisi olacaqlar.

Test&Training Azerbaijan – Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu kurslar sürücülərə sürücülük peşəkarlığını artırmaq imkanı verir. 
Qeyd edək ki, təlimdən uğurla keçən sürücülər 4 ay müddətində “BakıBus” MMC-də işlə təmin olunacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 775

Oxşar yazılar