<b>“Aztelekom”un stansiyasında yaranmış texniki nasazlıq həll edilib</b>
17 may 2016 19:44 (UTC +04:00)

“Aztelekom”un stansiyasında yaranmış texniki nasazlıq həll edilib

Bu gün günorta saatlarında “Aztelekom” MMC Beynəlxalq Stansiyasında   yaranmış texniki nasazlıq mütəxəssislər tərəfindən aradan qaldırılıb.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kanallarda yaranmış problem günorta saatlarında abunəçilər tərəfindən zəng etmə cəhdlərinin çox olması xətlərin yüklənməsinə səbəb olub.

 

Bu cür problemlərin gələcəkdə baş verməməsi üçün hazırda IP əsaslı multimedia platforması üzərində iki müasir beynəlxalq stansiya qurulur.

 

Ən son texniki imkanlara malik olan stansiyalar paralel işləməklə yanaşı, hər hansı problem yarandığı təqdirdə  həmin stansiyalardan biri digərinin trafik yükünü tam şəkildə ödəyə biləcək.

 

Qeyd edək ki, mövcud olan hazırki stansiya isə üçüncü stansiya kimi fəaliyyətini davam etdirəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar