“Azərişıq” ASC borclu abonentlərə xəbərdarlıq edib. ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı sentyabrın 18-i, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.