“Azərişıq”dan borclu abonentlərə <span style="color:red;">XƏBƏRDARLIQ
28 avqust 2015 10:42 (UTC +04:00)

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ

0

“Azərişıq” ASC borclu abonentlərə müraciət edib. ASC-nin  Mətbuat  Xidmətindən Lent.az-a verilən məlumata görə, cəmiyyətin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 28-i, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.  

        

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərə qarşı “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

 

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar