“Azərişıq” ötən il 184 mindən çox sayğac quraşdırıb
0
0
“Azərişıq” ASC tərəfindən bütün regionları əhatə edən 4 hissədən ibarət “İnkişaf və Yenidənqurma Proqramı” hazırlanaraq icrası uğurla həyata keçirilir.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda ölkənin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi gedir. İlkin olaraq ölkə üzr komplekt transformator məntəqələri (KTM) quraşdırılır. Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir, açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş və texniki parametrlərini itirmiş alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN)dəyişdirilir. Yeni KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri yaradılır. Bu güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, dayaqlar arasında olan məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Coğrafi və iqlim şəraiti nəzərə alınaraq KTM-lərin quraşdırılmasında optimal qərar qəbul olunur. Xüsusi rütubətli ərazilərdə vaqon tipli məntəqələrdən imtina edilərək məxsusi daş binalar tikilir. Yeni quraşdırılan KTM-lər istehlakçılar üçün yerlərdə etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisinin ötürülməsinə tam təminat verir.
Ümumilikdə 2015-ci il ərzində “Azərişıq” ASC tərəfindən 3 ədəd 110 kV-luq və 22 ədəd 35 kV-luq yarımstansiya, 2 ədəd PQ və 17 ədəd TM tikilmiş, 38 ədəd TM təmir olunmuş, 1256 ədəd KTM quraşdırılıb. Hesabat dövründə 20,8 km 110 kV-luq kabel və 64,6 km hava xətləri, 430,7 km 35 kV-luq kabel və 541,6 km hava xətləri, 675,0 km 6-10 kV-luq kabel və 2164,7 km hava xətləri, 515,9 km 0,4 kV-luq kabel və 1799,7 km hava xətləri, 2314,4 km ÖİN xətləri çəkilmiş, 98223 ədəd dayaq basdırılıb. Həmçininötən dövr ərzində 400,5 km 110 kV-luq, 2320,3 km 35 kV-luq, 21653 km 10-6 kV-luq, 1844,6 km 0,4 kV-luq hava xətlərində əsaslı, 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7746 ədəd 10-6 kV-luq yarımstansiyalarda təmir işləri aparılıb.
Bu müddət ərzində əhali və qeyri-əhali istehlakçılara 184 217 ədəd sayğac quraşdırılıb və dəyişdirilib ki,onlardan 14158 ədəd SMS tipli müasir sayğaclardır.
Bundan başqa, artıq abunəçilərin istehlak etdiyi enerji haqlarının ödənilməsi internet resurslarından istifadə etməklə, bank və poçt vasitəsi ilə, həmçinin “APUS”, “Paypoint” və digər ödəniş növləri vasitələri ilə həyata keçirilir. Bununla yanaşı,elektrik enerji borcları haqqında abunəcilərə məlumatların çatdırılması məqsədilə telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün “SMS” ilə xəbərdarlıq sistemləri qurularaq tətbiq edilir. Qeyd olunan tədbirlər nəticəsində 2015-ci ildə elektrik enerjisinə görə Bakı şəhəri üzrə 98,3 faiz, regional elektrik şəbəkələri üzrə isə 86,6 faiz yığıma nail olunub.
“Azərişıq” ASC-nin Mərkəzi Dispetçer xidmətində elektrik şəbəkəsinin məsafədən idarə olunmasını təmin edən“SCADA” sistemi fəaliyyətdədir və “SCADA” sistemi vasitəsilə elektrik şəbəkəsində qurulan 32 ədəd yüksək gərginlikli yarımstansiyaların və xətlərin məsafədən idarə olunması təmin edilir.
Əlavə olaraq bildirilir ki, Bakı şəhərində və regionlarda 17 yeni ofis binaları tikilib, 2 rayonda olan köhnə binalar əsaslı təmir olunub.
Elektrik enerjisi haqlarının ödənilməsində köhnə stereotiplərin aradan qaldırılması istiqamətində də “Azərişıq”ASC tərəfindən ardıcıl tədbirlər görülür. Belə ki, istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərin diqqətinə çatdırılır ki, istifadə etdikləri elektrik enerjisinəgörə ödəmələri “Azərişıq” ASC-nin regional enerji təchizatı və satışı idarələrində, rayon, qəsəbə və kəndlərdəquraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər.
Bundan başqa, internet üzərindən “azerishiq.az” saytı vasitəsilə “onlayn” rejimində də ödəmə aparıla bilər.
Artıq bir ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində abunəçilər borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, qeyri-əhali üzrə texniki şərtlərə dair müraciətlərin qəbulu, borcun araşdırılması xidmətlərindən yararlana bilirlər.
“Azərişıq” ASC “ASAN xidmət” mərkəzlərindəki xidmətlərinin sayını artıraraq Sumqayıt, Bərdə, Sabirabad və Gəncə “ASAN xidmət” mərkəzlərində də fəaliyyətini davam etdirir.
0
0