“Azərbaycanı kəşf et” layihəsinin icrasına start verilib
03 fevral 2016 11:48 (UTC +04:00)

“Azərbaycanı kəşf et” layihəsinin icrasına start verilib

0

 

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyilə “Azərbaycanı kəşf et” - abidələrimiz milli sərvətimizdir! layihəsinin icrasına start verib.

 

Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi Azərbaycan gəncliyinin inkişaf etdiyi bir dövrdə bu inkişafa dəstək olmaq, gənclərin vətənpərvər bir şəxsiyyət kimi formalaşmasına yardım etmək, onlara Azərbaycançılıq ideologiyasını aşılamaq, həmçinin bu yolda mövcud problemlərin , maneələrin qismən aradan qaldırılmasıdır.

 

Layihə çərçivəsində regionlarda gənclərin iştirakı ilə təlimlər və ekskursiyalar təşkil olunacaq, onlar Qərb bölgəsində (Qazax), Şimal bölgəsində (Quba) yerləşən dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələr, xüsusi əhəmiyyətli muzeylər, arxeoloji düşərgələr barədə gənclərə məlumat veriləcək.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar