“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün səhər 11:00-dan etibarən Nəsimi rayonu, Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev sarayının arxası) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq.
Anoloji işlər 22:00-dan etibarən isə Nəsimi rayonu, Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.