“UNEC ekspert” jurnalının ilk sayı işıq üzü görüb
06 may 2016 15:04 (UTC +04:00)

“UNEC ekspert” jurnalının ilk sayı işıq üzü görüb

0

İqtisad Universitetinin (UNEC) təsis etdiyi “UNEC Ekspert” jurnalının ilk buraxılışı oxucularına təqdim edilib.

 

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın post-neft iqtisadiyyatının formalaşdırılması istiqamətində qarşıya qoyulan tapşırıqlar ölkə iqtisadçıları qarşısında ciddi vəzifələr qoyur. Bu məsələni nəzərə alaraq təsis edilən “UNEC Ekspert” jurnalının missiyası iqtisadçı alimlərin və ekspertlərin ən aktual iqtisadi məsələlərə dair fikirləri dərc edərək geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır.

 

Qeyd edək ki, nəfis tərtibatda işıq üzü görən və eksklüziv məqalələrlə zənginləşdirilən jurnalda dünyada və ölkədə baş verən aktual iqtisadi proseslərin ekspert icmalları yer alıb. “UNEC Ekspert” jurnalının oxucuları iqtisadiyyatın və biznesin aktual məsələlərinə dair ölkənin aparıcı iqtisadçı alimlərinin münasibətini öyrənəcək, irəli sürülən təkliflərlə yaxından tanış olacaqlar.

Nəzərinizə çatdıraq ki, unikal intellektual meydana çevrilməyi hədəfləyən jurnalın hər sayı UNEC-in “Diskurs.az” virtual iqtisadi forumunda ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar